İki ay qazlı içki içən siçovulların yaddaşı itdi - EKSPERİMENT

Hazırda oxunan: İki ay qazlı içki içən siçovulların yaddaşı itdi - EKSPERİMENT

89628

Braziliyalı elm adamları iki ay siçovullara qazlı su verərək müəyyən ediblər ki, içkinin müntəzəm istehlakı beyin sağlamlığı və davranış problemləri ilə birbaşa əlaqəli ola bilər.

Bizim.Media xəbər verir ki, alimlər siçovulları üç yaş qrupuna, hər birini isə iki komandaya ayırıblar.

Birində gəmiricilər gündəlik olaraq adi, ikincisində isə qazlı su içiblər.

57 gündən sonra alimlər heyvanları labirintə yerləşdiriblər. Birinci komandanın siçovulları heç bir problem olmadan oradan çıxıb. İkinci komanda çətinliklərlə üzləşib. Gəmiricilər işin öhdəsindən gələ bilməyiblər, çünki onların yaddaşı zəifləyib.

Bundan sonra heyvanlar evtanizasiya edilərək yarılıb. Qazlı su içən siçovulların əksəriyyətində, xüsusən də gənc heyvanlarda müxtəlif dərəcədə beyin zədələri aşkar olunub. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin