Başı kəsilən qızın görüntüsü yayıldı - VİDEO

Hazırda oxunan: Başı kəsilən qızın görüntüsü yayıldı - VİDEO

89546
Perunun baş naziri Pedro Katerianonun olduğu helikopterə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə qızın faciəvi şəkildə ölməsinin görüntüləri yayılıb.

Moderator.az - a xəbər verir ki, görüntüdən də bəlli olur ki, gənc qızın ölümünə səbəb helikopterin arxa pərisi olub.

Qeyd edək ki, 20 yaşlı Lina Sapata Feyxo qardaşının haqsız yerə həbsxanaya yerləşdirilməsi ilə bağlı şikayət məktubunu baş nazirə ötürmək məqsədilə Pedro Katerianonun helikopterinə doğru qaçıb. 

Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsident səbəbindən Kateriano səfərini dayandırmalı olub. Hakimiyyət qurumları insidentin ciddi şəkildə araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəçiləri cəzalandırılacağını vəd ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin