“Rusiya ABŞ və Türkiyəyə mane ola bilməyəcək”x9d

Hazırda oxunan: “Rusiya ABŞ və Türkiyəyə mane ola bilməyəcək”x9d

89436

ABŞ və Türkiyənin İraq və Suriya ərazisində İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlar Rusiyanın ciddi narazılığına səbəb olub. Belə ki, baş verənlərə münasibət bildirən Rusiyanın baş naziri, bu əməliyyatların hüquqi legitimlik məsələsinin mübahisəli olduğunu, proseslərin narahatlıq doğurduğunu vurğulayıb.

Maraqlıdır, Rusiya ABŞ və Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarını əngəlləyə bilərmi? Kremlin bu əməliyyatlara hansısa şəkildə mane olması mümkündürmü?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın bu məsələdə edə biləcək bir şeyinin olmadığını qeyd edib:

“Rusiya bu məsələdə ABŞ və Türkiyəıyə mane ola bilməyəcək. Bu, Kremlin qüvvəsi xaricindədir. Buna Rusiyanın mənəvi haqqı da çatmır. Çünki Rusiyanın özü beynəlxalq hüququn tələblərini yüz dəfələrlə pozub. Odur ki, indi Rusiyanın Türkiyə və ABŞ-ın terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatların hüquqiliyini şübhə altına alması gülüncdür”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin