ABŞ prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilən dövlət başçısı Co Baydenin andiçmə günü yanvarın 20-də səhər tezdən tərk edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Yeni York Post nəşri yayıb.
Tramp Vaşinqtonun yaxınlığında yerləşən Merilend şəhərindəki Endrüs hərbi hava bazasında tərəfdarları və keçmiş əməkdaşları ilə vidalaşıb.
MÖVZU İLƏ BAĞLI:
Ağ Evə əlvida - Tramp əşyalarını toplayır
Vida mərasiminə dəvət olunanlar səhər saat 7.15-də təyin edilən məkanda olmalıdırlar.
Beləliklə, indiki dövlət başçısı öz varisinin əsrlərdən bəri davam edən andiçmə ənənəsini pozacaq.
O, Ağ Evi tərk edərək Florida ştatında Mar-A-Laqo iqamətgahına səhər saat 8.00 radələrində uçacaq.
Daha əvvəl Tramp seçkilərin oğurlandığını düşündüyü üçün Baydenin inauqurasiyasında iştirak etməyəcəyini söyləyib.
Bizim.Media