Bir çoxlarının şəxsi "baça bazi"si var
Ölkə.Az xəbər verir ki, Əfqanıstanda "baça bazi" ("uşaqlarla oynamaq") adlandırılan ənənə görənləri dəhşətə gətirir.
İslamçı qrupların dövlət idarəetmə sisteminə çox ciddi təsir etdiyi Əfqanıstanda əsrlərdən bəri davam edən bu iyrənc ənənə əslində uşaqbazlıqdır. Ölkədəki yoxsul ailələrdən olan oğlanlar kiçik yaşlarında ata-analarından pulla alınaraq cinsi istismara məruz qalır.
Uşaqlar mahalları dolaşan köçəri musiqiçilərlə birlikdə gəzir və kişiləri rəqs edərək əyləndirirlər. Bundan əlavə, onlara üzlərinə ənlik-kirşan çəkmək və "naz-qəmzə" öyrədilir.
Məlumatlara görə, Əfqanıstanda varlı məmurlardan tutmuş, tanınmış səhra komandirlərinə qədər bir çoxlarının şəxsi "baça bazi"si var. Həmin oğlanlar yetkinliyə çatandan sonra dul və ya yaşlı qadınlarla evləndirilir.
Bu iyrənc ənənənin fotolarını təqdim edirik:














































































































