Kök qadınlar incəbelli gözəllərə belə acıq verdi - FOTOLAR

Hazırda oxunan: Kök qadınlar incəbelli gözəllərə belə acıq verdi - FOTOLAR

89328
46 yaşlı braziliyalı fotoqraf Mariana Qodoy əndamlı qadınların fotosessiyasını hazırlayıb. Bununla o, öz ölkəsində kök insanlara münasibəti pisləyib və onların cəmiyyətdə normal qarşılanmasına dəstək verib.
 
Fotoqrafın sözlərinə görə, gözəllik anlayışı hər kəsin subyektiv fikridir.  O, “Mən istəyirəm ki, insanlar hər bir qadının gözəl və həssas olduğunu başa düşsünlər. Bu isə onun çəkisindən asılı deyil”x9d - deyib.
Lakin qeyd etmək lazımdır ki, çoxları fotoqrafla razı deyil. Sosial şəbəkə istifadəçiləri kök qadınları qeyri-sağlam həyat tərzinə görə, kəskin tənqid ediblər.
Qeyd edək ki, Braziliyada  açıq rəngli saçları, mavi gözləri, qəşəng ombaları və böyük sinəsi olmayan qadınlar gözəl hesab olunmur. Orada bu standartlara uyğun gəlməyən kök qadınların əksəriyyətini cəmiyyət mənfi qarşılayır. Kök xanımlar daim pislənilir və “piyli”x9d adlandırılırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin