Rusiya XİN-dən Ermənistana verilən nota ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik"

Hazırda oxunan: Rusiya XİN-dən Ermənistana verilən nota ilə bağlı AÇIQLAMA: “Cavab gözləyirik"

89297

Rusiya Xarici İşlər Nazirliyi “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Ermənistan XİN-ə göndərilən notaya cavab gözləyir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfirliyi avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının ittiham olunduğu yazılarla bağlı Xarici İşlər Nazirliyinə nota göndərib. 
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan və bu cür “proseslər”in arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən zəruri ictimai şərhlər gözləyirik”, - Rusiya səfirliyindən bildiriblər.

Neçayev qeyd edib ki, bu gün Rusiya Federasiyasının müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. 

"Biz cavab gözləyirik" deyə o yekunlaşdırıb.

Xatırladaq ki, Surmalu ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, iki nəfər itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin