ABŞ Çini Tayvanla niyə vurur? – “ŞÜŞƏDƏKİ CİN” tezliklə üzə çıxacaq

Hazırda oxunan: ABŞ Çini Tayvanla niyə vurur? – “ŞÜŞƏDƏKİ CİN” tezliklə üzə çıxacaq

89242

Tayvan ətrafında gərginlik daha da kəskinləşməkdədir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-də adaya səfəri Pekinlə Vaşinqton arasında bildiyimiz kimi, ciddi gərginlik yaradıb.

Bu olay fonunda Çinin hərbi təyyarələri havaya qalxaraq Tayvanla sərhəddə uçuşlar edib. Çin həmçinin geniş miqyaslı hərbi təlimlərə də başlayıb.

Lakin görünən odur ki, Çinin reaksiyası ABŞ Tayvana dəstək verməkdən çəkindirməyib. Əksinə, avqustun 14-də 5 nəfərlik Konqres heyəti də Tayvana səfər edib.

Tayvandakı Amerika İnstitutundan verilən açıqlamaya görə, nümayəndə heyətinin üzvləri Hind-Sakit okean bölgə turu çərçivəsində Tayvana gəliblər. Nümayəndə heyətinə demokrat senator, Ed Markey rəhbərlik edib və qrup Tayvan hakimiyyəti ilə bölgə təhlükəsizlik, ticarət və sərmayə məsələlərini müzakirə ediblər.

Onlar həmçinin prezident Tsay İnq-Venlə görüşüblər.

Bu isə onu göstərir ki, ada ətrafında gərginlik daha da artacaq. Görünən odur ki, ABŞ özü bunda maraqlıdır. Vaşinqton Çini Rusiya ilə münasibətdə tutduğu mövqedən çəkindirməyə, onu da sanksiyalara qoşmağa çalışır.

Çin isə birbaşa Rusiyaya kömək etməsə də bu ölkə ilə əlaqələri kəsmək niyyətində deyil. Bu isə Ağ Evi narahat edir. Ona görə də Çini cəzalandırmaq üçün qəsdən ABŞ rəsmilərinin Tayvana səfərlərini təşkil etməklə, onun diqqətini digər məsələlərdən yayındırmaq istəyir.

Görünən odur ki, ABŞ Çinlə müharibəyə bir səbəb yaratmayınca əl çəkən deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Elşən Mirzəoğlu qeyd edir ki, bu addımlarla ABŞ Çinin diqqətini öz bölgəsinə yönəltmək, əlavə problemlər yaratmaqla onun Rusiyanın tərəfində Ukrayna hadisələrinə qarışmasının qarşısını almağa çalışır:
 


MÖVZU İLƏ BAĞLI:

Piter Teys ABŞ və Çin liderlərinin 2 saat 20 dəqiqəlik telefon söhbətinin detallarını açıqladı 


“Çinin Ukraynada yaşayan hadisələrə sərgilədiyi münasibət Rusiyanın maraqlarına cavab versə də Pekin hələlik bitərəf mövqe tutur. Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmur. Bununla belə, Çin həmin münaqişəyə bu və ya digər kontekstdə qatılmayıb.

ABŞ Çini Rusiyaya silah verməkdən çəkindirmək istəyir. Bununla bağlı hətta Ağ Ev Çini sanksiyalarla hədələyib.

Tayvan məsələsinə gəldikdə, ABŞ zamanında bu məsələdən öz marağı naminə istifadə etdiyi kimi, görünür bu dəfə də anoloji addımda maraqlıdır.

ABŞ indiki halda Tayvan məsələsini ortaya atmaqla Çini Ukraynadakı hadisələrə müdaxilə etməməsi üçün təcrid etmək istəyir. Düzdür, ABŞ Çini müharibəyə təhrik etməyəcək.

Çünki ABŞ hərbi baxımdan nə qədər güclü olsa da, eyni anda həm Rusiya, həm də Çinlə müharibəyə getməyəcək.

Bu reallıqdan uzaqdır. Amma həqiqət ondan ibarətdir ki, ABŞ rəsmilərinin Tayvana olan intensiv səfərləri ilə Ağ Ev Çini qıcıqlandırmaq istəyir.

ABŞ bu anlarda əsas məqsədi Çinin Rusiya tərəfində Ukrayna hadisələrinə qarışmasının qarşısını almaqdır. Tayvana ABŞ rəsmilərinin intensiv səfərləri də bu məqama xidmət edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin