Kral-şir öz qatilindən intiqamını aldı

Hazırda oxunan: Kral-şir öz qatilindən intiqamını aldı

89241
Əyləncə üçün heyvanı öldürən amerikalı stomatoloq müflis olub.

Uolter Palmer Savanna üzərində doğan günəşə baxaraq gülümsəyirdi. Hollivud təbəssümü onun stomatoloq sənətinin ən yaxşı reklamıdır. Onun hobbisi nadir heyvanları ovlamaqdır. Ov ox və yayın köməyi ilə aparılır.

Trofeylərinin şəkillərinin kolleksiyaları İnstagram-ın bəzəyi idi. Amma Uolter “Komsomolskaya pravda”x9dnın yazdığına görə şirin gözlərində günəşin sönməyini görməyi arzulayırdı.

Bələdçi yalan deməmişdi ”“ təxminən bir saatdan sonra gənc şir göründü.

55 min dollar havayı xərclənməyib.

Sevincdən Palmerin əlləri əsdi. Amma adətkarda olduğu iradə gücü ilə özünü sakitləşməyə məcbur etdi və bunun dişin çıxarılması kimi adi bir əməliyyat olduğunu təsəvvür etdi.

Şir tənbəlcəsinə tələyə yaxınlaşdı. O, heç nədən qorxmurdu.

Zimbabvada Hvange Milli parkında keçirilən 13 il heyvanlar şahının düşməni olmadığına əmin etmişdi. Amma cipin üstündə oturan təbiət kralı ona əksini sübut edəcəkdi.

Yayın səsi. Ox ildırım kimi sərin havanı kəsdi. Stomatoloqun dişləri ağardı, o, hədəfini vurmuşdu...

Şir onun böyrünü kimin dişlədiyini anlamadı. O, sevinclə atılıb düşən fiqura təəccüblə baxdı. Ağrı güclənirdi. Ağrı ilə bərabər parıldayan dişləri olan bu meymunun günahkar olması fikri də gəldi.

Şir ona tərəf atıldı. Üstünə atılmaq, bu yersiz sevincin cavabını vermək istəyirdi. Amma çox yaşlı və zəif olduğunu anladı. Cip isə çox hündür idi... İnsan da bunu anladı və daha da sevinclə gülümsədi. O, arxasınca al-qırmızı iz qoyaraq uzaqlaşan şirə gülürdü.

Əlavə ox atmadı, axı dəridə artıq deşik nəyə lazım idi...

Şir qırx saat can verdi...

Öz qəhrəmanlığı haqqında stomatoloq sosial şəbəkələrdə danışdı, öz ölü torfeyi ilə şəkil də paylaşdı. Əlbəttə ki, qəhrəman gülümsəyirdi.


O, dostlarına macəra haqqında danışarkən də gülürdü.

Daha sonra gülməyə səbəb qalmadı. Bu şəkillərin sayəsində heyvanların müdafiəçiləri tərəfindən Palmerin adi bir erkəyi öldürmədiyi müəyyən edildi. O, Sesili Zimbabvada ən məşhur, ölkənin simvolu olan şirə əl qaldırmışdı.

Yerli hakimiyyət İnterpola müraciət etdi. Qəzəblənmiş amerikalılar plakatlarla onun xəstəxanasının qarşısına çıxdılar. Bütün xəstələr onun xidmətlərindən imtina etdilər. Çiçəklənən biznes çökdü.  

İnsanların “Qorxaq və qatil!”x9d qışqırıqlarını eşidərkən, Palmerə birdən elə gəldi ki, o, güzgüdə öz əksini deyil, Sesilin üzünü görür. Heyvanların şahı “təbiətin şahı”x9dna dişlərini göstərərək gülümsəyirdi.

Qurbanın ahı qatili tutdu...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin