Putin Ərdoğanı diktator adlandırıb?

Hazırda oxunan: Putin Ərdoğanı diktator adlandırıb?

89185
Moderator.az awdnews.com saytına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin guya diplomatik protokolu pozaraq Türkiyənin səfiri Ümid Yardımı şəxsən Kremlə çağırıb və Ərdoğanın Suriyadakı terroistlərə yardımı dayandırmayacağı təqdirdə diplomatik əlaqələri kəsəcəyini bildirib. Sayt dəqiqləşdirə bilmədiyi məlumatda bildirir ki, Rusiya prezidenti görüş zamanı Türkiyənin xarici siyasətini tənqid edib və ölkənin Suriyada, İraqda və Yəməndə Əl-Kaida qruplaşmasına dəstək verməsini qınayıb.
“The Moscow Times”x9d nəşrinin bu məsələ ilə yaydığı məlumatda isə bildirilir ki, Rusiya prezidenti ilə Türkiyə səfirinin görüşü qarşılıqlı incikliklərlə keçib. Ümid Yardım Putinin bütün ittihamlarını rədd edərək Suriyada baş verən vətəndaş müharibəsində Rusiyanı günahlandırıb. Vladimir Putin isə səfirə bildirib ki, ona Suriyanı böyük bir Stalinqrada çevirməkdən başqa çıxış yolu qoymurlar. Guya Putin həm də Ərdoğanı diktator adlandırıb. Qeyd edək ki, məlumatla bağlı hələlik rəsmi məlumat verilməyib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin