SOCAR Türkiyədə dəniz limanının tikintisinə start verdi ”“ FOTO

Hazırda oxunan: SOCAR Türkiyədə dəniz limanının tikintisinə start verdi ”“ FOTO

89134
Türkiyədə inşası davam etdirilən "Star" neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən “SOCAR Turkey”x9d törəmə şirkətinin rəhbəri Kənan Yavuz öz facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, Türkiyənin ən böyük strateji yatırımı olan zavodun inşasına, bu günə qədər 2 milyard dollar vəsait xərclənib. 

“İstehsala başlamaq üçün 30 ayımız qaldı”x9d-deyə, şirkətin rəhbəri bildirib. 

“İnşaat işlərinə cəlb edilən işçilərin sayı isə çox yaxında 10 minə çatacaq”x9d ”“deyə, K.Yavuz əlavə edib.

Yavuz bildirib ki, dəniz estakadalarının tikinti işləri 2017-ci ilin may ayında tamamlanacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin