Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə qarşılıqlı olaraq İsrailə səfir təyin etmək və diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir mətbuat konfransında bildirib.
“İsrailə səfir təyin edilməsi ilə bağlı qərar qəbul edilib və İsrail tərəfi də bununla bağlı müsbət cavab verib. Tezliklə bizim namizədimiz cənab prezidentə təqdim olunacaq”.
RİA Novosti onun sözlərindən sitat gətirib.
İyul ayında İsrailin baş naziri Yair Lapid Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk telefon danışığını edib.
Bizim.Media