Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Xüsusilə, tərəflər Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Tvitter hesabında məlumat yayıb.
“Mən Emmanuel Makronla dialoqu davam etdirdim. Cəbhədəki vəziyyət, Rusiyanın Zaporojye AES-də törətdiyi nüvə terroru haqqında məlumat verdim. Mən müdafiə sahəsində bizə göstərdiyi ciddi dəstəyinə görə Fransaya təşəkkür etdim”, - Ukrayna prezidenti yazıb.
Zelenski həmçinin vurğulayıb ki, Makronla danışıqlar zamanı Ukraynaya makromaliyyə dəstəyinin gücləndirilməsi məsələsini qaldırıblar və Rusiyanın işğalı fonunda ərzaq təhlükəsizliyi sahəsində yaranan problemləri müzakirə ediblər.
Ukrayna lideri qeyd edib ki, indi işğalçı ölkəyə sanksiya təzyiqini artırmaq lazımdır.
Xatırladaq ki, Zelenski ilə Makron arasında əvvəlki söhbət avqustun 1-də baş tutub. O vaxt dövlət başçıları ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bizim.Media
Продовжив діалог з @EmmanuelMacron. Поінформував про ситуацію на фронті, ядерний тероризм РФ на ЗАЕС. Подякував ?? за вагому оборонну підтримку. Обговорили посилення макрофінансової допомоги ?? та виклики у сфері продовольчої безпеки. Маємо збільшувати санкційний тиск на РФ.
— Володимир Зеленський (@ZelenskyyUa) August 16, 2022