Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım tatarları ilə iş üzrə müvəkkili Mustafa Cəmilov Ukraynada müsəlman batalyonunun yaradılacağı ilə bağlı bəyanat verib. M.Cəmilov Ankarada keçirilən Krım tatarlarının II Ümumdünya konqresində çıxışı zamanı qeyd edib ki, bu batalyon Ukraynanın Müdafiə Nazirliyinə tabe olacaq və Krımla həmsərhəd Herson vilayətində yerləşəcək. Krım tatarlarının lideri qeyd edib ki, artıq indidən bu batlyonda xidmət etmək üçün çoxlu sayda çeçen, inquş, azərbaycanlı və özbək müraciət edib.
Maraqlıdır, Krım batalyonunun yaradılması Ukrayna-Rusiya münaqişəsinə hansısa formada təsir göstərə bilərmi? Bu batalyonun Rusiya ilə mübarizəyə yeni bir ruh qazandırması mümkündürmü? Habelə, Krım tatarxa0 batalyonunda vuruşacaq azərbaycanlılarla bağlı Azərbaycan dövlətinin mövqeyi nədən ibarət olmalıdır? Krımda vuruşan azərbaycanlılarla Suriyada vuruşan azərbaycanlılar arasında hansısa formada fərq qoyulmalıdırmı?
Moderator.az xəbər verir ki, “Hürriyyət”x9d qəzetinə açıqlama verən polioloq Zərdüşt Əlizadə belə bir batalyonun yaranmasının Ukrayna-Rusiya münaqişəsinin gedişinə heç bir təsir göstərməyəcəyini vurğuladı:
“Belə bir batalyonun yaradılması bu münaqişənin gedişinə təsir göstərə bilməz. Çünki bu, böyük bir münaqişədir və burda iştirak edən hər iki dövlər bu mübarizəyə özqünün bütün qüvvəsini qoyub, bütün imkanlaırnı səfərbər edib. M.Cəmilovun yaradacağı batalyon Rusiyanı yenmək, işğal edilmiş Ukrayna ərazilərini azad etmək baxımından, hərbi baxımdan heç bir önəm kəsb etməyəcək. Bu, vəziyyəti dəyişmək üçün yetərli deyil. Bu, Azərbaycan və Ermənistan batalyonu zamanı yaradılan “Qurtuluş”x9d batalyonunu yada salır. Hansı ki, ona Şahin Tağıyev rəhbərlik edirdi. Ona Milli Qəhrəman adı da verdilər. Bu cür batalyonlarla nəyisə dəyişmək mümkün deyil. Ola bilsin ki, bu batalyonların tərkibində olanlar həqiqətən də vətənpərvər insanlar olsunlar, yaxşı nitq qabiliyyətləri olsun və insanları cuşa gətirən çıxışlar etsinlər. Lakin bu cür addımlarla, bir və ya bir neçə batalyonla bunca böyük münaqişələri həll eləmək, bu yolda hansısa məsafə qət etmək mümkün deyil”x9d.
Z.Əlizadənin sözlərinə görə, II Dünya müharibəsində faşist Almaniyasının ortaya qoyduğu təcrübə də etniklərdən yaradılan batalyonların ciddi mənada heç nəyə yaramadığını sübut elədi: “II Dünya müharibəsinin sonlarına yaxın almanlar çarəsizlikdən etniklərdən ibarət batalyonlar yaratdılar. Hansı ki, bu batalyonların SSRİ-yə qarşı döyüşməsi, onların müəyyən uğurlar əldə etməsi nəzərdə tutulurdu. Lakin bu batalyonların almanlara 1 qəpiklik xeyri olmadı. Almanlar nəhayətdə məğlub və təslim oldular.
Krım tatar batalyonunun yaradılması ideya M.Cəmilova siyasi xal qazandıran bir addımdır. Bunu sadəcə bu konteksdən dəyərləndirmək olar”x9d.
Politoloqun qənaətincə, itirilən torpaqları geri qaytarmağın yeganə yolu rüşvət və korrupsiyadan xilas olmaq, xalqda dövlətə, onun ədalətinə həqiqi inam formalaşdırmaqdan keçir: “Ukrayna sözün həqiqi mənasında Krımı qaytarmaq istəyirsə, o zaman Saakaşvilinin söylədiyi kimi, daxilən təmizlənməlidir. Korrupsiyadan, oğrulardan, satqınlardan, oliqarxlardan uzaq olmalıdır. Əgər bu baş verərsə, o zaman Ukrayna xalqı Krımın azad edilməsi istiqamətində lazımı adımlar atacaq, bu yolda hər cür fədakarlıq göstərməyə hazır olacaq. Krım xalqı da yenidən Ukrayna ilə birləşəcək”x9d.
Krımda döyüşmək üçün müraciət edən azərbaycanlılara gəlincə, politoloq bu qəbildən olan insanları xəyalpərəst adlandırdı və onların da digər şəxslər və məsələlər kimi Azərbaycan hakimiyyətinin maraq dairəsində olmadığını bildirdi:
“Azərbaycan dövləti, Azərbaycan hakimiyyətinin heç nə vecinə deyil. Azərbaycan hakimiyyətini maraqlandıran yeganə şey bircə neft pulları, onların dövlət büdcəsinə, oradan isə öz cibinə transferidir. Krım batalyonunda vuruşmaq istəyən azərbaycanlıları da doğrusu anlamıram. Bu qədər Qarabağ problem burda qala-qala onlar çapa-çapa gah Suriyaya, gah da Krıma gedirlər. Onlar bu gün Donetskdə, Krımda vuruşmağa hazırlaşırlar. Əslində hər millətin içində xəyalpərəstlıər olur.
O ki qaldı, orda gedib vuruşmaq istəyənlərə, təbii ki, onlara zorla bunu qadağan eləmək olmaz. Kimsə gedib vuruşmaq istəyirsə, gedəcək. Görünür, onların Azərbaycanda vacib işləri yoxdur. Ona görə də buradan gedib uzaq Krımda nə isə bir iş görmək istəyirlər”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0
xa0






































































































