Bu gün baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə Türkiyənin Ali Hərbi Şurasının iclası öz işinə başlayacaq.
Silahlı qüvvələrin baş qərargahında kerçiriləcək toplantıya Milli Müdafiə naziri Vecdi Gönül, Baş qərargah rəisi ordu generalı Necdət Özal, Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar, Dəniz Qüvvələri Komandanı ordu admiralı Bülent Bostanoğlu, Hava Qüvvələri komandanı ordu generalı Akın Öztürk, Jandarma baş komandanı ordu generalı Abdullah Atay və Baş qərargahın ikinci rəisi ordu generalı Yaşar Gülər və Ali Hərbi Şuranın yüksək səviyyəli komandanları qatılacaq. İclasda rütübə növbəsində olan polkovniklərə general və admiral ali rütbələrin verilməsi, vəzifə müddətlərinin uzadılması, təqaüd və başqa səbəblərdən Türk Silahlı Qüvvələrindən ayrılacaq şəxsi heyət və digər mövzular müzakirə ediləcək. Öz işini avqustun 5-də başa çatdıracaq Ali Hərbi Şurada qəbul edilən qərarlar prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, Baş qərargah rəisi ordu generalı Necdət Özalın, Dəniz Qüvvələri Komandanı ordu admiralı Bülent Bostanoğlunun, Hava Qüvvələri komandanı ordu generalı Akın Öztürkün və Jandarma baş komandanı ordu generalı Abdullah Atayın səlahiyyət müddətləri bu son iclasla başa çatacaq.
TRT Azərbaycan

































































































