Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində hücumdan təəssüfləndiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrehem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra bəyanat yayıb.
“Böyük Britaniya hökumətinin bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım. Baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim.”,- deyə Q.Stüart bildirib.
Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.
Bizim.Media
I spoke to @ElinSuleymanov today to discuss the recent security incident at Azerbaijan’s London Embassy, and the importance we attach to the ?? ?? relationship.
— Graham Stuart MP (@grahamstuart) August 15, 2022
The UK takes the security of diplomatic missions in the UK seriously. Full statement here: //t.co/ZZWLiXxbiE