ABŞ Prezidenti Co Baydenin administrasiyası Əfqanıstan Mərkəzi Bankının ABŞ-da saxlanılan, təxminən, 7 milyard dollarlıq aktivlərini qaytarmamaq qərarına gəlib və bu məsələ ilə bağlı “Taliban”la danışıqları dayandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahiri öldürüldükdən sonra ABŞ bu məsələ ilə bağlı danışıqları dayandırıb.
Bundan başqa, ABŞ tərəfi Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün vəsaitin bir hissəsinin yardım və digər əməliyyatlar üçün istifadəsini istisna edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:22 / 15.08.2022
ABŞ bu ölkənin 7 milyard dollarını qaytarmayacaq
Hazırda oxunan: ABŞ bu ölkənin 7 milyard dollarını qaytarmayacaq
Hazırda oxunan: ABŞ bu ölkənin 7 milyard dollarını qaytarmayacaq
88735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.