İranda dövlət işçilərinin profil şəkillərinə nəzarət edilir

Hazırda oxunan: İranda dövlət işçilərinin profil şəkillərinə nəzarət edilir

88642

İranın "Əmr be Məruf və Nəhy əz Münkər" (pis işlərdən çəkindirmək, yaxşı işlərə dəvət etmək) Qərargahının katibi Mehdi Rzayi bildirib ki, 12 iyul toplantısında Məşhəddə məcburi hicab məsələsi ilə bağlı ciddi nəzarət başlayıb və qadın dövlət işçilərinin sosial media hesablarındakı profil şəkilləri də əxlaq polisləri tərəfindən kontrol altına alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “iranianuk.com” saytında yer alıb.

"Bildirmişik ki, dövlət müəssisələrində çalışan qadın işçilərin İslam qaydası əsasında örtülmüş hicablı profil şəkilləri olmalıdır. Bu qaydalara riayət etməyənlər Əmək İntizam Komitəsinə çağırılacaqlar", - deyə Rzayi bildirib.

Onun dediyinə görə, iclasda belə bir qərar da alınıb ki, dövlət idarələrində çalışan qadın və kişilər bir otaqda işləyə bilməzlər.

İran rəsmisi sonda qeyd edib ki, bütün bu qaydalara əməl etməyənlər qanunu pozmuş hesab olunacaq və işdən çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin