PKK terror təşkilatının üzvləri Tunceli-Pülümür-Ərzincan yolunu kəsərək özəl şirkətə məxsus üç yük avtomobili yandırıblar.
xa0
Publika.azxa0Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı terrorçular avtomobilləri yandırdıqdan sonra meşə ərazisinə qaçıblar.
xa0
Yanan avtomobillərdən biri əyləc sistemi sıradan çıxdığı üçün qəflətən hərəkət etməyə başlayıb. Minik avtomobillərindən biri ilə toqquşan yük avtomobili Pülümür çayına yuvarlanıb. Avtomobillərin yanması və terrorçuların hadisə yerindən qaçması həvəskar kamera ilə qeydə alınıb.



































































































