Səudiyyə şahzadəsi müharibədən əvvəl “Qazprom” və “Lukoil”a 500 milyon dollar sərmayə qoyub

Hazırda oxunan: Səudiyyə şahzadəsi müharibədən əvvəl “Qazprom” və “Lukoil”a 500 milyon dollar sərmayə qoyub

88547

Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi Səudiyyə Ərəbistanı birjasının saytına istinadən yayıb.

Şahzadəyə məxsus olan “Kingdom Holding Co.” investisiya şirkəti fevral ayında “Qazprom”, “Lukoyl” və “Rosneft” tərəfindən verilən depozitar qəbzləri alıb. Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri Rusiya xüsusi əməliyyatı başlayandan sonra kəskin şəkildə aşağı düşüb.

“Bloomberg”in məlumatına görə, Səudiyyə şirkəti hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib. İyunun 30-da məlum olub ki, “Qazprom” səhmdarları 2021-ci il üçün dividend ödəməmək qərarına gəliblər. Bu səbəbdən şirkətin qiymətli kağızları 30% ucuzlaşıb. Bundan əvvəl Maliyyə Nazirliyinin “Qazprom”dan plansız olaraq 416 milyard rubl almağa hazırlaşdığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin