Təyyarə qazısında Usama bin Ladenin ailə üzvləri həlak oldu

Hazırda oxunan: Təyyarə qazısında Usama bin Ladenin ailə üzvləri həlak oldu

88520
İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin "Əl Qaidə"nin mərhum lideri Usama bin Ladenin ailə üzvləri olduğu məlum olub.

APA-nın “Daily Mail”x9də istinadən verdiyi xəbərə görə, bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News”x9d telekanalına deyiblər.
 
Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.
 
Xatırladaq ki, İngiltərənin Hempşir qraflığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
 
Kiçik həcmli “Embraer Phenom 300”x9d tipli mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Nəticədə pilot və təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin