Ukraynada müharibənin 172-ci günü...

Hazırda oxunan: Ukraynada müharibənin 172-ci günü...

88478

Rusiyanın Ukraynaya təcavüzünün 172-ci günüdür. Rusiya qoşunları Ukraynada yaşayış məntəqələrini ələ keçirmək cəhdlərini davam etdirir. Ukraynanın silahlı qüvvələri və ərazi müdafiə bölmələri işğala müqavimət göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat icmalında yer alıb.

Qeyd edilir ki, rus qoşunları Xarkov yaxınlığındakı döyüşdə kəşfiyyat aparmağa cəhd ediblər, lakin itki verərək geri çəkilməyə məcbur olublar. Həmçinin Donbassda rus ordusunun bir neçə hücum cəhdi də dəf edilib.

Hesabatda müxtəlif istiqamətlərdə Ukrayna hərbi və mülki obyektlərinə davam edən atəş və aviazərbələr barədə məlumat verilir. Donetsk vilayətində - Slavyansk, Kramatorsk, Baxmut və Avdeyevsk istiqamətlərində döyüşlər gedir. Rusiya hərbçiləri Ukraynanın cənubunda və Zaporojye istiqamətində irəliləməyə çalışır.

“Cənub” əməliyyat komandanlığı xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya ordusunun anbarlarını məhv edib. Həmçinin Rusiyanın T-72 tankı vurulub.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib ki, bölgə yenidən Rusiya tərəfindən atəşə tutulub. Gecə Rusiya Marqanets şəhərini “Qrad”lardan atəşə tutub, Nikopola 20 dəfə atəş qeydə alınıb. Nikopolda qaz kəmərləri və elektrik xətləri zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin