''Xarici işlər naziri kimi vəzifənizə silah satmaqla başlamısız'' - İttiham

Hazırda oxunan: ''Xarici işlər naziri kimi vəzifənizə silah satmaqla başlamısız'' - İttiham

8839

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransanı Sudiyyə Ərəbistanına silah satmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zərif sosial şəbəkədə paylaşım edib. 

“Jurnalist Camal Qaşıqçını və hər gün Yəməndə uşaqları öldürərək müharibə cinayətləri törətmiş səudiyyəlilərə silah satırsınız. Bunu dayandırın”- deyə İranlı nazir bildirib.

O, fransalı həmkarı Jan İv Lö Drianın da bu məsələdə  fəaliyyətini tənqid edib.

“Hörmətli həmkarım, XİN-də vəzifənizə Səudiyyə Ərəbistanına silah satmaqla başlamısınız. Boş və yalan açıqlamalarla İran haqqında danışmayın”,- deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin