Türkiyə prezidenti Çində uyğur türkləri ilə görüşdü

Hazırda oxunan: Türkiyə prezidenti Çində uyğur türkləri ilə görüşdü

88317
Moderator.az xəbər verir ki, Çinə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan buradakı uyğur türkləri ilə görüşüb. 
Görüş barəsində jurnalistlərə məlumat verən Türkiyə prezidenti deyib ki, görüşdə 12 - dən artıq uyğur qardaşımız iştirak edib. Görüşdə deyiblər ki, hazırda müsəlman uyğurların yaşadığı ərazidə 35 min məcsid fəaliyyət göstərir və onların sayı 40 milyona yaxındır. Onlara ibadət etmək üçün şərait yardıldığını və maneənin olmadığını bildiriblər.

Çindəki görüşlərində Cincan Uyğur bölgəsindəki vəziyyətin müzakirə olunduğunu deyən R.T. Ərdoğan bildirib ki, problem müzakirə olunub: 
“Biz Türkiyə olaraq Çinin ərazi bütövlüyün dəstəkləyir və Çinin ərazi bütövlüyünə qarşı deyilik. Biz terrora qarşı mübarizədə də eni mövqedə olduğumuzu bəyan etdik”x9d, - deyən R.T. Ərdoğan onu da əlavə etdi ki, rəsmi Pekin Ankaranın terrorla mücadiləsini həssasiyətlə qarşılayır. “Buna misal olaraq Çin 1915 - ci ilə uydurma erməni soyqırmı məsələsində İrəvanın  apardığı  kampaniyaya  həssaslıqla yanaşmış və bu məsələdə Türkiyənin mövqeyini dəstəkləyib. Çinin Fələstin məsələsindəki mövqeyi də Türkiyənin mövqeyi ilə yaxındır”x9d, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin