ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin administrasiyasında erməni əsilli Ceff Marutyan da təmsil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb. Məlumata görə, Marutyan İqlim və Elm Agentliyində prezidentin xüsusi köməkçisi olacaq.
MÖVZU İLƏ BAĞLI:
Bayden ermənini departament rəhbəri seçdi - FOTO
Qeyd edək ki, o hazırda Kolumbiya dairəsində Nəqliyyat departamentinin rəhbəri vəzifəsində çalışır.
Daha əvvəl Marutyan Baydenin keçid komandasında fəaliyyət göstərib.
Xatırladaq ki, bundan öncə Ayk Hacınazaryan da Ağ Evin regional rabitə şöbəsinin müdiri təyin edilib.
Bizim.Media