"Rəsmi Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqusutun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır".
Bizim.Media xəbər verir ki, bu barədə Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.
O, planlaşdırılan görüşlə bağlı daha ətraflı məlumatın sonra veriləcəyini əlavə edib.
İvan Neçayev habelə bildirib ki, Laçın dəhlizi ətrafında məsələ 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır.
Bu isə o deməkdir ki, Rusiya üçtərəfli bayanatın müddəalarının Ermənistan tərəfindən hər gün bir cür şərh edildiyi kimi yox, yazıldığı kimi icrasında Azərbaycanın mövqeyini dəstəkləyir.
Bizim.Media