Müharibəyə etiraz edən rus jurnalistlə bağlı QƏRAR VERİLDİ - VİDEO

Hazırda oxunan: Müharibəyə etiraz edən rus jurnalistlə bağlı QƏRAR VERİLDİ - VİDEO

88154

Ukraynadakı müharibəyə etiraz edən rus jurnalist Marina Ovsyannikova ilə bağlı məhkəmə qərar verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham olunur.

Jurnalist barəsində cinayət işi açılıb və iki aylıq ev həbsinə məhkum olunub.

Qeyd edək ki, Marina Ovsyannikova mart ayında “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin