Bakı-Tiflis-Qars xəttinə növbəti sınaq qatarı buraxıldı

Hazırda oxunan: Bakı-Tiflis-Qars xəttinə növbəti sınaq qatarı buraxıldı

88127
Türkiyə ərazisində Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə ilk sınaq qatarı işə salınıb.

Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində Çin-Türkiyə biznes-forumunda çıxışı zamanı bildirib.

Tarixi İpək yolunu canlandırmaq üçün Türkiyənin əldindən gələni etdiyini vurğulayan Ərdoğan, BTQ layihəsinin uğurunun Türkiyə və Çin arasında strateji münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bəyan edib.

“Bakı-Tiflis-Qars layihəsi ilə Pekindən Londona qədər birbaşa dəmir yolu əlaqəsi yaradılacaq”x9d, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan ərazisində BTQ xətti ilə ilk sınaq qatarı işə salınmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin