Aleksey Arestoviç Ukrayna prezidenti olmaq istəyir

Hazırda oxunan: Aleksey Arestoviç Ukrayna prezidenti olmaq istəyir

88002

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, hazırkı lider Volodimir Zelenski ikinci müddətə namizəd olmaqdan imtina edərsə, dövlət başçısı postuna namizədliyini irəli sürəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Strana nəşri yayıb.

Onun sözlərinə görə, hazırkı dövlət başçısı seçkilərdə iştirak etsə, qarşısını “kəsmək” fikrində deyil.

“Hamı mənim yüksək reytinqimdən danışır. Reytinqim indi prezidentin reytinqidir. Mən özümü prezidentdən ayırmıram. O, ikinci müddətə namizədliyini irəli sürərsə, təbii ki, qarşısını kəsməyəcəyəm. Bu, texniki cəhətdən mümkün deyil”, – Arestoviç bildirib.
“Zelenski prezident olduğu müddətdə seçkilərlə bağlı mümkün planları barədə danışmağı düzgün hesab etmir”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin