Böyük Britaniya Qarabağ münaqişəsindən "dərs almalıdır" 

Hazırda oxunan: Böyük Britaniya Qarabağ münaqişəsindən "dərs almalıdır" 

8795

"Azərbaycan Dağlıq Qarabağdakı son müharibə zamanı erməni qüvvələri üzərində qeyri-adi bir qələbə qazandı. Çünki çətin dağlıq ərazilərdə qalib ölkənin hərbi strategiyası  olduqca təsirli oldu"

Bizim.Media xəbər verir ki, bu fikirlər "ukdefencejournal.org"da 44 günlük savaşda Azərbaycanın qələbəsindən bəhs edən məqalənin əvvəlində yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan yüksək səviyyədə ixtisaslaşmış xüsusi təyinatlı qüvvələr və texnoloji üstünlüyündən istifadə edərək erməni qüvvələrini hərtərəfli alt-üst etdi.

Yeri gəlmişkən, İngiltərənin adıçəkilən müdafiə jurnalına bu məqaləni  (2010-2015)  Britaniya parlamentinin üzvü Riçard Ottavey təqdim edib.

Riçardın fikrincə,

"Azərbaycanın qələbəsi 1992-1994-cü illərdə ilk Qarabağ müharibəsi zamanı Ermənistana ağrılı məğlubiyyətindən bəri uzun illərin ağıllı siyasət quruluşundan qaynaqlanır.  Bakı ordusunu davamlı şəkildə modernləşdirdi və NATO üzvü olan Türkiyə ilə strateji tərəfdaşlığını dərinləşdirdi, Ermənistanın siyasi rəhbərliyi isə, yerində sayırdı.

İllərdir ki, millətçi erməni və bir-birini əvəzləyən Ermənistan liderlərinin Dağlıq Qarabağın işğalı ilə bağlı bəyanatları Azərbaycanı sarsıtmaq üçün hesablanırdı.

Onların yeni bir anklav ətrafında təbliğatı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğalı davam etdirmək planı hərbi investisiyalarla müşayiət olunmadı."

Riçardın fikrincə, Ermənistan siyasi liderləri ictimaiyyəti yaşayacaqları alçaldıcı məğlubiyyətə hazırlamadılar. İrəvandakı etirazları bununla əlaqələndirən Ottavey Azərbaycan ordusunun savaşa necə hazırlandığından da yazıb. 

"Xüsusilə də, Azərbaycan ordusunun müasir texnikası, Türkiyə istehsalı olan TB2  dronları müharibədə həlledici rol oynayıb. Balaca və funksiyalı dronlar Birləşmiş Krallığın ordusu üçün də əlverişli olacaqdır. Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatlarından görünür ki, Bakı öz dronlarını - TB2-nin daha müasir versiyasını istehsal edəcək. Bu Birləşmiş Krallığın istifadə etdiyi "Predator" dronlarından qat-qat üstün olacaq."

Riçard Ottaveyin sözlərinə görə, Birləşmiş Krallıq da Türkiyə və Azərbaycandan dərs götürərək öz dronlarını qısa vaxtda istehsal etməlidir. 

"Vaxtilə ABŞ konqresi kürdlərə (YPG-PYD) qarşı istifadə etməsin deyə Ankaraya dron satmadı, lakin Türkiyə öz dronlarını istehsal etdi. İndi biz Türkiyəni nümunə götürməliyik"- deyə məqalənin müəllifi fikrini tamamlayıb.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin