İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Bizim.Media “Kompas” portalına istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.
MÖVZU İLƏ BAĞLI:
İndoneziyada güclü zəlzələ oldu - Ölənlər var - VİDEO
Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.
Bundan əvvəl 56 nəfərin öldüyü, 826 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, 15 yanvarda adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib.
Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.
Bizim.Media