Yadplanetlilərin varlığı daim bəşəriyyət üçün maraq doğurub. Bununla bağlı bir-birindən fərqli fikirlər irəli sürülsə də, iki əsas istiqamət mövcuddur.
1. Yer kürəsindən başqa heç bir planetdə canlı yaşam yoxdur.
2. Təsəvvür edə bilməyəcəyimiz qədər böyük kainatda tək canlı həyat Yerdə ola bilməz.
Lakin dünyanın nüfuzlu elm mərkəzləri tərəfindən daim Yerdən kənarda həyatın olması məsələsi ciddi araşdırma predmeti kimi qəbul olunub. Bu istiqamətdə NASA tərəfindən aparılan tədqiqatlar daha çox maraq doğurur.
Belə ki, son olaraq bu ilin aprel ayından etibarən NASA tərəfindən yerin koordinatlarını özündə ehtiva edən siqnalların qalaktikaya göndərilməsinə başlanılıb. “Qalaktikada mayak” adlı layihənin əsas məqsəd yadplanetlilərə Yer planetində yaşamın olduğu haqqında informasiya ötürməkdir.
Lakin NASA-nın bu addımı heç də hamı tərəfindən faydalı hesab olunmur. Oksford universitetinin alimlərinin qənaətinə görə, bu cür hərəkətlərin zərəri faydasından böyük ola bilər.
Universitetin alimi Anders Sendberqin fikrincə, mesajın yadplanetli sivilizasiyaya çatma şansı az olsa da, bu o qədər yüksək təsirə malikdir ki, məsələyə ciddi yanaşmağa ehtiyac var:
“NASA-nın Yerin yerini kosmosa göndərmək planı yadplanetlilərin hücumuna səbəb ola bilər. Bu cür siqnalların göndərilməsi yadplanetlilərə “kaş ki, burada olaydınız” mesajı göndərməyə bənzəyir”.
Sendberqin həmkarı Tobi Ord isə öz kitabında yadplanetlilərə mesaj göndərməzdən əvvəl ictimai müzakirə aparmağın vacibliyinə diqqət çəkib:
“Hətta passiv “SETI” (qalaktikadan gələn siqnalları izləmək) təhlükələr yarada bilər. Çünki bu mesajlar yadplanetlilər tərəfindən bizi tələyə salmaq üçün istifadə oluna bilər. Burada əsas aktual sual inkişaf etmiş sivilizasiya problemidir. Belə ki, yadplanetlilərin bizdən daha yüksək və ya aşağı inkişaf səviyyəsinə malik olması bizə məlum deyil və bu məsələdə elmi konsensus yoxdur. Lakin Yerdən göndərilən mesajları ala biləcək sivilizasiyaların bizdən daha yüksək inkişaf səviyyəsinə sahib olmaq ehtimalı daha böyükdür. Bu da NASA-nın addımın doğuracağı təhdidin, əladə edəcəyi faydadan daha böyük olması təhlükəsini yaradır”.
Məlumat üçün bildirək ki, ilk dəfə 1974-cü ildə Arecibo mesajı adlanan radiodalğalar qalaktikaya göndərilib. Bu mesajın 25 min il sonra Herakl ulduzlar sisteminə çatacağı, qarşı tərəfdən isə əgər eyni formada cavab gələrsə, bunun da həmin qədər vaxt alacağı bildirilirdi. Stiven Hokinq də daxil olmaqla elm adamları keçmişdə bu mesajların riskli ola biləcəyi barədə xəbərdarlıq ediblər.
2010-cu ildə yayımlanan sənədli filmdə professor Hokinq qeyd edib ki, bunun risklərini görmək üçün dünyadakı müxtəlif sivilizasiyalar arasında əlaqələrə baxmaq kifayətdir:
“Yer kürəsindəə müxtəlif texnoloji inkişaf səviyyələrində sivilizasiyalar arasında qarşılıqlı əlaqə daha az inkişaf etmiş qrup üçün çox da yaxşı nəticə vermir. Avropalıların Amerika qitəsinə gəlişinə nəzər salmaq bunun acı nəticələrini görmək üçün yetərlidir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:25 / 10.08.2022
NASA-dan yadplanetlilərə MESAJ – “Bu Yer kürəsinin sonunu gətirə bilər”
Hazırda oxunan: NASA-dan yadplanetlilərə MESAJ – “Bu Yer kürəsinin sonunu gətirə bilər”
Hazırda oxunan: NASA-dan yadplanetlilərə MESAJ – “Bu Yer kürəsinin sonunu gətirə bilər”
87856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.