Bizim.Media Anadolu Agentliyinə istinadən məlumat verir ki, münasibətlərin normallaşması barədə müqavilənin imzalanmasından sonra Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İsrailə ilk ticari uçuş həyata keçirilib.
Bəhreyndən İsrail istiqamətində həyata keçirilən uçuşda 58 sərnişin daşınıb. İsraildə təyyarəyə xüsusi qarşılama mərasimi həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 20-də İsrail və BƏƏ-nin “Tel-Əviv-Əbu-Dabi” və “Tel-Əviv-Dubay” arasında həftə ərzində 28 ticari uçuşun həyata keçirilməsinə dair müqavilə imzalanacaq.
Xatırladaq ki, sentyabrın 15-də Ağ Evdə təşkil edilən mərasimdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə olunub.