Türkiyə ordusunun qəfil hücumuna məruz qalmış PKK-nın ciddi zərərə uyğradığı bu günlərdə sosial mediada terror təşkilatının üzvlərinin öz yoldaşlarını vurması barədə video paylaşılıb.
ANS PRESS-in məlumatına görə, 2011-ci ildə çəkilmiş videoda PKK üzvləri ayaqlarına dolaşmaması üçün yaralanmış yoldaşlarını vururlar. Bu barədə silahlı qruplaşmanın ələ keçmiş danışıqlarından məlum olub. Türkiyənin “FOX”x9d telekanalının nümayiş etdirdiyi səs yazısında aşağıdakı dialoq yer alır:
- Havanın aşağısındayıq. Bizə dəstək lazımdır. Dəstək. Yoxsa bizim üçün çox ağır olacaq olur. Yaralılar var, nə edim?
- Güllələyin, qaçın! Başlarından güllələyin!
- Yaralı çoxdur. 20-dən çox var.
- Dedim ki, başlarından güllələyin.
- Oldu!
Komandirləri PKK silahlılarına kəndlərə qaçmağı əmr edir.

































































































