FTB Trampın malikanəsində axtarış aparır

Hazırda oxunan: FTB Trampın malikanəsində axtarış aparır

87635

ABŞ Federal Təhqiqat Bürosunun agentləri keçmiş prezident Donald Trampın Floridadakı Mar-a-Laqo mülkündə axtarış aparır.

Bizim.Media “ABC news”a istinadən xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

"Aidiyyəti dövlət qurumları ilə aparılan iş və əməkdaşlıq fonunda evimdə bu gözlənilməz axtarış lazımi və məqsədəuyğun deyildi", - deyə D.Tramp bildirib.

Keçmiş prezident baş verənləri onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istəməyən radikal sol demokratların hücumu adlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin