Aİ İranın nüvə sazişi üçün “yekun mətni” açıqladı

Hazırda oxunan: Aİ İranın nüvə sazişi üçün “yekun mətni” açıqladı

87628

Xəbər verdiyimiz kimi, İran, ABŞ və Avropa İttifaqı (Aİ) arasında İranın nüvə sazişinə qayıtmaq üçün danışıqlar aylar sonra avqustun 4-də Avstriyanın paytaxtı Vyanada bərpa edilib. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, nüvə razılaşmasının bərpasına dair aparılan danışıqlarda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəflər arasında uzlaşma üçün “yekun mətni” açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı qaz istehlakını 15 faiz AZALTDI


"Müzakirə ediləcək hər şey danışılıb və indi yekun mətndədir. Amma hər bir texniki məsələnin və hər bəndin arxasında paytaxtlarda qəbul edilməli olan siyasi qərar var. Bu cavablar müsbət olarsa, biz bu müqaviləni imzalaya bilərik” – deyə Borrel qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Aİ-nin təklifləri əsasında rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan sazişin bərpası üçün tezliklə razılığa gəlməyə hazırdır.

İranlı rəsmilər isə Aİ-nin təkliflərini yekun olaraq görmədiklərini bildirərək, “əlavə fikir və qiymətləndirmələrini” Avropa Birliyinə göndərəcəklərini qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin