`Ölkəyə nəzarət edə bilmirik`

Hazırda oxunan: `Ölkəyə nəzarət edə bilmirik`

87621
Suriya prezidenti Bəşər Əsəd televiziya ilə xalqa müraciətində etiraf edib ki, hərbçilər ölkənin bəzi regionlarında nəzarəti əldən verib.

Bu barədə AzVision.az “SANA”x9d agentliyinə istinadən xəbər verir. 

`Biz əlimizdə olan ərazilərdə kollapsın baş verməməsi üçün Silahlı Qüvvələrin nəzarət etdiyi vacib regionları qorumalıyıq. Biz ruhdan düşmürük. Suriya ərəb ordusunun lüğətində `məğlubiyyət` sözü yoxdur`, - deyə Əsəd bildirib. 

Lakin Əsəd dolayı yolla etiraf edib ki, Suriya ordusunda xidmət edənlərin sayı hərbçilərin ölümü və fərarilik hallarının artması ilə əlaqədar azalıb: `Bizim insan resurslarımız çatışmır`. 

Müraciətində hazırkı durum barədə danışan Əsəd bildirib: `Ordu ölkənin hər bir vilayətində ola bilməz. Biz müqavimət göstərəcəyik. Silahlı Qüvvələr öz vətənlərini qorumağa hazırdırlar`. 

BMT-nin qiymətləndirməsinə görə, Suriyada 4 il davam edən münaqişədə təxminən 220 min adam öldürülüb. 11 milyondan çox insan öz evini tərk etməyə məcbur olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin