Əfqanıstanın paytaxtı Kabildə iki qadın hakim öldürülüb

Hazırda oxunan: Əfqanıstanın paytaxtı Kabildə iki qadın hakim öldürülüb

8750

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın yerli “1TV News” telekanalı verib.

Məlumata görə, hadisə Əfqanıstanın Taymani ərazisində baş verib. Motosikldə hərəkət edən silahlılar qadın hakimləri güllələyiblər.

Kanaləın verdiyi məlumatda silahlıların hakimlərin olduğu avtomobilə atəş açdıqları qeyd olunur. Hadisə nəticəsində iki qadın hakim hadisə yerindəcə həlak olub, daha iki nəfər isə yaralanıb.

Hələlik hadisə ilə bağlı heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Xatırladaq ki, Əfqanıstan qadınlara qarşı ayrıseçkiliyin ən yüksək olduğu ölkələrdən hesab olunur. Ölkədə qadınların təhsil alması belə xoş qarşılanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin