Türkiyənin bir çox vilayətində dünən başladılan əməliyyat bu gün də davam edir. Baş nazir Davudoğlu, əməliyyatlar çərçivəsində 590 nəfərin nəzarətə alındığını açıqlayıb.
İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinin qrupları, Beyoğlunda hava dəstəkli əməliyyat təşkil edib.
Polis vertolyotunun da havadan dəstək verdiyi əməliyyat, Hacı Əhməd Məhəlləsi Kurtoğlu Prospekti ilə Hacı Əhməd polis bölməsi, Eburıza Dergahı, Pir Hüsaməddin küçələrində edilir.
Xüsusi təyinatlı polislərin nəzarəti ilə əvvəldən təyin olunmuş ünvanlara eyni vaxtda basqınlar edən Terrorla Mübarizə polisləri axtarışları davam etdirir.
ÇOX SAYDA SAXLANILAN VAR
İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qruplarının Beyoğlunda davam etdirdiyi əməliyyatda çox sayda şübhəli saxlanılıb.
Beyoğlundakı bir çox ünvanda davam edən əməliyyat üçün çevik qüvvət polisləri küçə başlarında ətraf təhlükəsizliyi təmin edib. Xüsusi təyinatlı polislərin dəstəyi ilə basqın edilən ünvanlarda bir çox adam saxlanılıb.
ADANADA TERROR TƏŞKİLATINA ƏMƏLİYYAT
Adanada terror təşkilatı PKK-nın gənclik qruplaşması YDG / H ilə İŞİD üzvlərinə qarşı təşkil edilən əməliyyatda 54 nəfər saxlanılıb.
Adana Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin qrupları və Xüsusi təyinatlı dəstələrin səhərə yaxın vertolyot dəstəkli əməliyyatında şəhərin müxtəlif məhəllələrində çox sayda evə basqın reallaşdırılıb.
Əməliyyatda İŞİD ilə YDG / H üzvü olduğu iddia edilən 54 nəfər tutulub.
Saxlanılan şübhəlilər sağlamlıq idarəsindən keçirilmək üçün Tibb Təşkilatına gətirilib. Burada əməliyyatı bitən şübhəlilər izahatı alınmaq üçün Vilayət Təhlükəsizlik Müdirliyinə aparılıb.
Ərzincanda terror əməliyyatı: 8 nəfər saxlanılıb.
Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, bu gün saat 07:00 radələrində əvvəldən təsbit edilən adamların evlərinə və olduqları yerlərə eyni vaxtda əməliyyat təşkil edib.
Edilən əməliyyatda fərqli qruplardan 8 nəfər saxlanılıb. Bölməyə aparılan 8 nəfərin sorğusu davam edir.
Ankarada terror əməliyyatı: 2 nəfər saxlanılıb
Ankara Vilayət Hərbi Komandirliyinə bağlı Kəşfiyyat Şöbə Müdirliyi qrupları, səhərə yaxın paytaxtda müxtəlif ünvanlara şəfəq əməliyyatı təşkil edib.
Hərbi xüsusi komando birliklərinə, Yenimahalle Vilayət Hərbi Komandirliyi qrupları da dəstək verib. Ankaranın Yenimahalle rayonunda yerləşən Yakacık Məhəlləsində daha əvvəl təyin olunan bir ünvana edilən basqında, PKK-nın gənclik qrupunun Yurtsever İnqilabçı Gənclik Hərəkatı (YDG-H) üzvü olduğu iddia edilən 2 nəfər saxlanılıb.
Adıyamanda PKK Əməliyyatı
PKK-nın gənclik qrupunun YDG / H üzvü olduğu irəli sürülən çox sayda adam saxlanılıb. Vilayət Təhlükəsizlik Müdirliyi Təhlükəsizlik Şöbə Müdirliyi qrupları, Adıyaman mərkəzindəki bir çox ünvana çox sayda polisin iştirakı ilə eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyatda 15 nəfər saxlanılıb.
Adıyaman Universiteti Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq idarəsindən keçirilən şübhəlilərin bölmədəki əməliyyatları davam edir.
İzmir Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, PKK-nın gənclik qrupu YDG / H-yə qarşı səhərə yaxın Asarlık Məhəlləsində bəzi ünvanlara əməliyyat təşkil edib.
Xüsusi Təyinatlı şöbəsi polislərinin də dəstək verdiyi əməliyyatda, şübhəli olaraq təyin olunan kəslərin evlərində axtarış edilib. Axtarışlarda, cinayət dəlili olaraq qiymətləndirilən sənəd və materiallara əl qoyulub. Əməliyyatda saxlanılan şübhəli sayı haqqında açıqlama verilməyib.
Şanlıurfada 20 nəfər saxlanılıb
Şanlıurfada Terror təşkilatı PKK-ya qarşı əməliyyatda 20 nəfər saxlanılıb.
Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, PKK-ya qarşı şəhər mərkəzi, Ceylanpınar, Suruç və Birecik rayonlarında 40 ünvana bərabər vaxtda əməliyyat təşkil edib.
Xüsusi Təyinatlı polislərinin də iştirak etdiyi əməliyyatda, terror təşkilatının gənclik qruplaşması ilə əlaqəli olduqları iddia edilən 20 nəfər saxlanılıb.
Dünən də Ceylanpınar, Suruç və Viranşehir rayonlarında küçə hadisələri etdikləri, sıxlıq kütlələri yönləndirdikləri və bəzi hərəkətləri planladıqları iddiası ilə 35 nəfər saxlanılmışdı.
Tuncelidə çox sayda saxlanılan var
Türkiyənin bir çox yerində dünən başladılan əməliyyat Tunceliyə də sıçrayıb.
Əməliyyat daxilində PKK-nın gənclik qruplaşması YDG / H üzvü olduğu iddia edilən çox sayda adamın evinə səhərin erkən saatlarında polis tərəfindən basqın təşkil edilib.
Tunceli Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları ilə xüsusi təyinatlı polislərinin qatıldığı eyni vaxtlı əməliyyatlarda çox sayda adam saxlanılıb. Basqınlarda bəzi sənədlərə da əl qoyulub.
Davam edən əməliyyatlarda saxlanılanlar Tunceli Təhlükəsizlik Müdirliyinə aparılarkən, mövzu ilə əlaqədar hələ rəsmi bir açıqlama verilməyib.
Konyada İŞİD Əməliyyatı
Konya Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, bu gün sübh vaxtı terror təşkilatı İŞİD-ə qarşı Konya mərkəzli Ankara və Manisada eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyatda çox sayda saxlanılan var.
Kocaelinin DHKP-C əməliyyatı
Kocaelində terror təşkilatı DHKP-C-yə qarşı bərabər vaxtlı əməliyyatda, bəzi sənəd və materiallar ələ keçirilib, 7 nəfər saxlanılıb.
Kocaeli Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, DHKP-C-yə istiqamətli, səhərə yaxın 5 mahalda bəzi ünvanlara əməliyyat təşkil edib.
Əməliyyatda 7 nəfər saxlanılıb.
Şübhəlilərin ünvanlarında çox sayda təşkilati sənəd və vəsait ələ keçirilib.
Hakkaridə əməliyyat: 2 nəfər saxlanılıb
Yüksekova mahalında PKK-nın gənclik qruplaşması YDG / H üzvlərinə qarşı əməliyyatda 2 nəfər saxlanılıb.
Alınan məlumata görə, Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları, Köhnə Həbsxana Kavşağındakı Gever Mədəniyyət Mərkəzinə əməliyyat təşkil edib.
Əməliyyatda PKK-nın gənclik qruplaşması YDG / H üzvü olduqları iddia edilən 2 nəfər saxlanılıb.
Şübhəlilərin bölmədəki sorğuları davam edir.
Vanda 16 nəfər saxlanılıb
Vanda terror təşkilatı PKK-nın gənclik qruplaşması Yurtsever İnqilabçı Gənclik Hərəkatına (YDG / H) istiqamətli əməliyyatda 16 nəfər saxlanılıb.
Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, terror təşkilatı PKK-nın gənclik qruplaşması YDG / H-ya istiqamətli olaraq, əvvəlcədən təyin olunan 30 ünvana eyni vaxtlı əməliyyat təşkil edib.
Qruplar 16 şübhəlini bölməyə aparıb.
Axtarışlarda 1 sənədsiz tapança, 1 sənədsiz pnevmatik tüfəng, çox sayda hava fişəngi və təşkilati sənəd ələ keçirilib.
Şübhəlilərin bölmədəki əməliyyatlarından sonra prokurorluğa sövq ediləcəyi ifadə edilib.
Ərzincanda 8 nəfər saxlanılıb
Ərzincanda terror təşkilatı İŞİD və "marjinal sol qruplara" qarşı əməliyyatda 8 nəfət saxlanılıb. Erzincan Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, səhər tez saatlarda 8 ünvana eyni vaxtlı əməliyyat təşkil edib.
Terror təşkilatı İŞİD və "marjinal sol qruplara" üzv olduqları iddia edilən 8 nəfərin saxlanıldığı əməliyyatda, ünvanlarda olan təşkilati sənədlərə də əl qoyulub.
Sağlamlıq idarəsindən keçirilən şübhəlilərin bölmədəki sorğuları davam edir.
Iğdırda 6 nəfər saxlanılıb
Iğdırda terror təşkilatı PKK-nın gənclik qruplaşması Yurtsever İnqilabçı Gənclik Hərəkatına (YDG / H) qarşı əməliyyatda 6 nəfər saxlanılıb.
Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları, YDG / H-ya qarşı, əvvəlcədən təyin olunan ünvanlara eyni vaxtda əməliyyat təşkil edib.
Qruplar əməliyyatlarda 6 şübhəlini bölməyə aparıb.
Şübhəlilərin bölmədəki əməliyyatlarından sonra ədliyyəyə sövq ediləcəyi öyrənilib.
































































































