“Pink Floyd”un yaradıcısı Baydeni “cinayətkar” adlandırdı

Hazırda oxunan: “Pink Floyd”un yaradıcısı Baydeni “cinayətkar” adlandırdı

87392

ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsini qızışdırır.

Bizim.Media Lenta.Ru-ya istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində “Pink Floyd” qrupunun yaradıcılarından biri, əfsanəvi britaniyalı musiqiçi Rocer Uoters deyib.

O vurğulayıb ki, Ukraynadakı müharibə NATO-nun Rusiya sərhədlərinə qədər irəliləməsinə reaksiyadır, ancaq alyans bunu etməyəcəyinə söz vermişdi.

“Bu, ağır cinayətdir. ABŞ niyə Ukrayna prezidenti Zelenskini bu dəhşətli münaqişəyə son qoymaq üçün Moskva ilə danışıqlara başlamağa çağırmır?”, - deyə o, sual verib. 
Lakim məlumdur ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə sülh danışıqlarına hazır olduğunu dəfələrlə təsdiqləyib.

Qeyd edək ki, hazırda Uoters qastrol səfərindədir. Musiqiçi çıxışları zamanı siyasi mövzulara toxunur, Bayden də daxil olmaqla hərbi cinayətkarların fotoşəkillərini nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin