Kosovoda rusiyalı jurnalist saxlanıldı – CASUSLUQ EDİB

Hazırda oxunan: Kosovoda rusiyalı jurnalist saxlanıldı – CASUSLUQ EDİB

87354

Kosovoda Serbiya ilə sərhəddə vəziyyətin gərginləşməsi barədə məlumat verən “Komsomolskaya Pravda”nın jurnalisti Dariya Aslamova saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, Serbiya ilə sərhəddə vəziyyətlə ilə bağlı hesabat hazırlayırmış.

Priştina hesab edir ki, Aslamova Rusiya Federasiyasının xeyrinə casusluq edib. Üstəlik, Kosovoda “sabitliyi pozmağa yönələn təbliğat” aparıb,  Ukraynada hərbi əməliyyatlarda iştirak edib.

Dariya Aslamova Kosovaya şimal sərhədindən daxil olub, bundan əvvəl Serbiyada işləyib.

Onun hazırda harada olması barədə informasiya yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin