Moderator.az xəbər verir ki, əməliyyatda Çevik Polisin 2 min əməkdaşı və 3 min polis, xüsusi təyinatlılar və helikopterlər iştirak edib. İstanbulun 26 rayonunda əvvəlcədən müəyyən olunan 140 ünvana eyni zamanda həyata keçirilən əməliyyat davam edir.
Əməliyyatın İŞİD, PKK,YDG/H, DHKP/C kimi terror təşkilatlarına qarşı olduğu bildirlib.
Qısa müddətli toqquşmadan sonra DHKP/C üzvü olduğu müəyyən edilən bir qadının öldürüldüyü və hücumda istifadə etdiyi silahının ələ keçirildiyi öyrənilib. Anadolu Agentliyinin verdiyi məlumata görə, əməliyyatlar hələ də davam edir.
****
Polis keçirdiyi əməliyyat nəticəsində terror təşkilatlarına mənsub 251 nəfəri həbs edib. "Həbs olunanlar haqqında istintaq proses davam edir" Teleqraf.com əməliyyatdan olan videonu və fotoları təqdim edir: 










































































































