Kiyev Beynəlxalq Amnistiya Təşkilatına sərt cavab verdi

Hazırda oxunan: Kiyev Beynəlxalq Amnistiya Təşkilatına sərt cavab verdi

86997

Avqustun 4-də beynəlxalq qeyri-hökumət təşkilatı “Amnesty International” Ukrayna hərbçilərinin Rusiyanın işğalını dəf etmək üçün yaşayış məntəqələrində silah yerləşdirməklə mülki əhalini təhlükəyə atdığını iddia edən hesabat yayıb.

Bizim.Media xəbər verir ki, Ukraynanın Prezident Aparatı bəyanata sərt reaksiya verərək, bunu son dərəcə qəribə adlandırıb.

Zelenskinin ofisinin fikrincə, bu, Rusiyanın dezinformasiya və təbliğat kampaniyasının bir hissəsidir.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak vurğulayıb ki, “ukraynalılar üçün yeganə real, sübut edilmiş və qeyd-şərtsiz təhlükə” məhz Rusiya ordusudur. 

"Rusiya bütün mümkün müharibə konvensiyalarını və qaydalarını pozur və onun təcavüzü ilkin olaraq bir məqsəd daşıyır - ukraynalıları bir millət kimi məhv etmək. Ukrayna müdafiəçiləri öz torpaqlarını, ailələrini və dövlətlərini qoruyurlar”, - deyə  Podolyak bildirib.

O, əlavə edib ki, "Ukrayna bütün gücü ilə öz vətəndaşlarını qoruyur. Bunun üçün biz vətəndaşları ən aktiv döyüş əməliyyatları zonasından çıxarmağa çalışırıq. Bu gün o zona Donbassdır".

Xarici işlər naziri Dmitri Kuleba da xəbərə münasibət bildirib. "Mən bunu (bəyanatı) ədalətsiz hesab edirəm.

Başa düşürəm ki, tənqidlərə cavab olaraq “Amnesty İnternational” deyəcək ki, "biz münaqişənin hər iki tərəfini tənqid edirik”. Amma sadə şeyləri anlamaq lazımdır. “Amnesty İnternational” dünyaya həqiqəti çatdırmaq əvəzinə işini yalanlar üzərində qurur”, deyə Kuleba bildirib.
Ukraynalı nazir təşkilatı yalan reallıq yaratmaqla məşğul olmağı dayandırmağa çağırıb: “İndiki Rusiya haqqında həqiqəti danışın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin