Əfqanıstan oyuncaq silahları qadağan etdi- 100 uşaq gözündən yaralandı

Hazırda oxunan: Əfqanıstan oyuncaq silahları qadağan etdi- 100 uşaq gözündən yaralandı

86946
Əfqanıstanda hökumət "şiddət mədəniyyəti"nin uşaqlar arasında yayılmasına maneə olmaq məqsədi ilə oyuncaq silahları qadağan edib. Üç gün davam edən Ramazan bayramında təkcə Kabildə oyuncaq silahlarla 100 uşaq gözündən yaralanıb.

Əfqanıstanda üç gün davam edən Ramazan bayramında oyuncaq silahlarla oynayan 100 uşaq gözlərindən aldıqları yaralarla xəstəxanaya müraciət edib.

Əfqan hökuməti, uşaq arasında "şiddət mədəniyyəti"nin yayılmasına maneə törətmək üçün oyuncaq silahları qadağan edib.

Əfqanıstan Daxili İşlər naziri Nurulhak Ulumi, oyuncaq silahların toplanması üçün təhlükəsizlik qüvvələrinə əmr verib.

Mövzu ilə əlaqədar Əfqanıstan Səhiyyə Nazirliyindən də bir açıqlama gəlib. Səhiyyə Nazirliyi "Oyuncaq silahlar xalq arasında fiziki və psixoloji zərərlərə səbəb olur" açıqlaması edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin