İslandiyanın cənub-qərbində vulkan püskürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb.
Vulkan püskürməsi paytaxt Reykyavikdən 32 kilometr aralıda, Faqradalsfjall dağı yaxınlığında baş verib. Yerli mətbuatda partlayışın baş verdiyi ərazidə torpaqdakı çatlardan lava və tüstü çıxdığı qeyd olunub.
Avrasiya və Şimali Amerika tektonik plitələr arasında yerləşən İslandiyada tez-tez zəlzələlər və vulkanik fəaliyyətlər müşahidə olunur.
Reykjanes yarımadasında yerləşən və ötən il aktivləşən Faqradals vulkanı 6000 ildən sonra lava püskürməyə başlayıb. (Unikal)
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:25 / 04.08.2022
İslandiyada vulkan PÜSKÜRDÜ
Hazırda oxunan: İslandiyada vulkan PÜSKÜRDÜ
Hazırda oxunan: İslandiyada vulkan PÜSKÜRDÜ
86860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.