“Rusiya Ukrayna böhranını öz şərtləri əsasında həll etməyə hazırdır” – PESKOV

Hazırda oxunan: “Rusiya Ukrayna böhranını öz şərtləri əsasında həll etməyə hazırdır” – PESKOV

86811

“Rusiya Ukrayna böhranını öz şərtləri əsasında diplomatik yolla həll etmək istəyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Moskvanın şərtləri İstanbul görüşündə Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırılıb.

O, həmçinin ötən həftə Moskvaya səfər etmiş Almaniyanın sabiq kansleri Gerhard Şröderin bu məsələdə vasitəçilik rolunu təkzib edib və deyib ki, Şröder özü də belə bir təklif irəli sürməyib.
D.Peskov Şröderin Moskva səfəri zamanı Prezident Vladimir Putinlə görüşdüyünü və energetika sahəsində məsələləri müzakirə etdiyini də təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin