Mikroavtobus uçurumdan düşdü, 7 nəfər öldü

Hazırda oxunan: Mikroavtobus uçurumdan düşdü, 7 nəfər öldü

86806
Çeçenistanın Vedensk rayonu ərazisində faciəli nəqliyyat hadisəsi baş verib. İçərisində sərnişin dolu mikroavtobus təqribən 200 metrlik uçurumdan yuvarlanıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 6 nəfər ciddi yaralanıb. 

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə rəsmi nümayəndəsi Timur Taysumov deyib ki, hadisə ilə bağlı ilk informasiya yerli vaxtla saat 19.20-də daxil oldu. FHN-in 11 xilasedici əməkdaşı 4 texnika ilə dərhal hadisə yerinə göndərilib və yaralı sərnişinləri xilas ediblər. Altı insan xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı istisna deyil.


Qəzaya düşən mikroavtovus


Onun sözlərinə görə, qəza Xaraçoy kəndindən 15 kilometr aralıda yerləşən uçurumda baş verib. Ağır vəziyyətdə olan yaralılar Qroznı şəhər xəstəxanasına yerləşdiriliblər. Onlardan 3-ü qadın, 2-si kişi, 1-i uşaqdır.

Qəzaya düşən mikroavtobus Çeçenistandan Dağıstanın Xasavyurt şəhərinə gedirmiş. 
Hazırda hadisə ilə bağlı tədqiat işləri aparılır. 


Təcili yardım maşınları yaralıları daşıyır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin