İtlərə xüsusi çimərlik...

Hazırda oxunan: İtlərə xüsusi çimərlik...

86770
Dünyanın ən gözəl sahillərinə sahib şəhərlərindən biri olan Barcelona yalnız itlərin günəşlənib dənizə girə biləcəyi bir çimərlik üçün hazırlığa başlayıb.

Layihə həyata keçdiyində Barcelona şəhərindəki çimərliklərdən biri itlərə təsis ediləcək və bu hissədə insan olaraq yalnız it sahibləri olacaq.

İti olmayanlar isə çimərliyə buraxılmayacaq. Bu maraqlı layihəni başladan Edgar Villacorta, it çimərliyi üçün indidən 16 min imzaya çatdıqlarını ifadə edərək bu sayın çox yaxında 100 minləri keçəcəyini müdafiə edib.

Bələdiyyənin bu cəhdlərinə laqeyd qalmayacağını da irəli sürən Villacorta, çimərliyin təmizliyini tamamilə it sahiblərinin edəcəyini vurğulayıb. İspanyanın Barcelona şəhərində yaşayanlar Avropada ən çox evcil heyvan saxlayan ailələr olaraq tanınır. Barcelona Bələdiyyəsinin yaxşı baxdığı bu layihənin təsdiqlənməsi halında digər ölkələrdə yaşayan heyvansevərlərin də bu çimərliyə axın edəcəyi ifadə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin