Moderator.az-ın verdiyi xəbərə görə, İsrail parlamenti daş atan fələstinlilərin 20 il həbs cəzası ilə mühakimə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
İsrail parlamenti Knessetdə daş atan fələstinlilərin 20 il həbs cəzası ilə mühakiməsini nəzərdə tutan qanun layihəsinin təsdiq olunduğu ifadə edilib.
İsrailin Yediot Ahranot qəzetinin xəbərinə görə, Knessetdə təsdiqlənən yeni qanun, daş atan və "zərər vermə niyyəti daşıyan" fələstinlilərə 20 il, "zərər vermə niyyəti daşımayanlara" isə 10 il həbs cəzası verilə bilər.
Əsirlər və İnsan Hüquqları Araşdırma Mərkəzi Müdiri Fuad əl-Hafeş, AA müxbirinə verdiyi müsahibədə "İsrail, dəli qanununu təsdiqləməklə Fələstin xalqına qarşı törətdiyi bəzi günahlarını çatdırır" deyib.
Hafeş qanunla bağlı "İşğal altındakı bir xalq, daş və başqa müxtəlif faktorlarla müqavimət göstərməyə davam edər. İsrail də bu qanunlarla, ölkələrini istəyən Fələstinli gənclərə qarşı nə bahasına olursa olsun irəliyə dönük tədbirlər almağa çalışır" dəyərləndirməsini edib.































































































