Ukraynanın Odessa vilayətində kriminal qruplaşmanın üzvləri saxlanılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Ukrayna Təhlükəsizlik Xidmətinin Facebook səhifəsində yerləşdirilib.
Mənbə yazır ki, saxlanılan şəxslər azərbaycanlı mərhum “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiq Səlifovun (“Namiq Bakinsiy”) göstərişi ilə hərəkət ediblər.
Cinayətkar qruplaşma zərərçəkmişlərdən külli miqdarda pul istəyiblər. Ödəniş olunmadıqda insanları işgəncə və fiziki zorakılıqla qorxudublar.
Bizim.Media